Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2025 10:35
Canlı efirdə qonaq olan müğənni Ayan Babakişiyeva duyğusal anlar yaşayıb.
Sonxeber.net-ın məlumatına görə, səhnə ifaçısı yeni mahnısını təqdim edərkən göz yaşlarını saxlaya bilməyib. O, çıxışı zamanı həyat təcrübələrindən danışaraq bildirib ki, hər bir insanın həyatına daxil olanlar ona bir dərs verir - istər yaxşı, istərsə də pis.
Ayan qeyd edib ki, səhv etmək insanın inkişafının təbii hissəsidir: "Heç kəs qüsursuz deyil. Əgər səhv etmirsənsə, həyatda irəli getmirsən. Özünü olduğundan başqa göstərmək isə sadəcə bir maskadır".
Müğənninin bu sözləri və göz yaşları sosial şəbəkələrdə də diqqət çəkib.
Hüseyn