Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2025 10:34
"Globe Soccer Awards" təşkilatçıları "2025-ci ilin ən yaxşı gənc futbolçusu" mükafatı üçün namizədlərin siyahısını ictimaiyyətə təqdim edib.
Sonxeber.net-ın Türkiyə mediasına istinadən məlumatına görə, siyahıda ümumilikdə 11 perspektivli futbolçu yer alıb. Namizədlər sırasında Eliss Ben Seqir ("Monako"/"Bayer Leverkuzen"), Pau Kubarsi ("Barselona"), eləcə də PSJ-dən üç gənc - Dezire Due, Xuan Neves və Varren Zair-Emeri var.
Bundan başqa "Real Madrid"in futbolçusu Arda Güler, hazırda "Bornmut"da çıxış edən, amma madridlilərə məxsus olan Din Höysen, "Arsenal"dan Maylz Luis-Skelli, "Portu"nun gənc hücumçusu Rodriqo Mora, "Komo"dan Niko Paz və "Yuventus"un istedadlı oyunçusu Kenan Yıldız siyahıya daxil edilib.
Xatırladaq ki, ötən il bu mükafatın qalibi "Barselona"nın gənc ulduzu Lamin Yamal olmuşdu.
Tural