Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2025 16:00
Məşhur türkiyəli aktyor və bəstəkar Deniz Ərdoğan sinəsində şiddətli ağrı və halsızlıq səbəbilə xəstəxanaya aparılıb.
Sonxeber.net Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun ürəyindəki damarlardan biri 90 faiz tıxanıb. Aktyor təcili əməliyyat olunub və stent yerləşdirilib.
Hazırda Deniz Ərdoğan reanimasiyada müalicə alır və vəziyyətinin stabil olduğu bildirilir.
Qeyd edək ki, həyat yoldaşı Elif Erol Ərdoğan bildirib ki, əvvəlki infarktdan sonra ağrılar davam edib və bu əməliyyat onun həyatını xilas edib.