Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2025 12:25
"Miss Universe 2025" beynəlxalq gözəllik müsabiqəsində xoşagəlməz hadisə baş verib. Yamaykanı təmsil edən Qabriela Henri geyim nümayişi zamanı tarazlığı itirərək səhnədən yıxılıb.
Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, insidentdən sonra o, Tailandın paytaxtı Banqkokda yerləşən xəstəxanaya aparılıb. Həkimlərin ilkin qiymətləndirməsinə əsasən, ağır və həyati təhlükə yaradan xəsarət qeydə alınmayıb.
Həkim-oftalmoloq olan Qabriela Henrinin müsabiqənin final mərhələsinə qatılıb-qatılmayacağı isə hələlik müəyyənləşdirilməyib.
Qeyd edək ki, 74-cü "Kainat gözəli" müsabiqəsinin tacqoyma mərasimi noyabrın 21-də Banqkokda gerçəkləşəcək və ümumilikdə 120 ölkədən iştirakçı yarışacaq.
Hüseyn