Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2025 17:32
Azərbaycanda 60 yaşlı qadının ilk dəfə ana olması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Sonxeber.net xəbər verir ki, sosial mediada qadını doğuşa hazırlayan həkim tərəfindən paylaşılan video ilə yayılıb.
Həkim yeni ana olan qadının sağlam vəziyyətdə olduğunu bildirib və onun yaşına baxmayaraq gənc göründüyünü vurğulayıb. Paylaşımdakı görüntülər izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
İzləyicilər həm həkimi, həm də ananı təbrik edərək, qadının yaşından gənc görünməsini xüsusi qeyd ediblər. Sosial şəbəkə istifadəçiləri bu hadisəni möcüzə kimi qiymətləndirib və qadına sağlam ömür arzularını çatdırıblar.
Hüseyn