Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaxarova Ermənistan-Azərbaycan münasibətindən danışdı

Zaxarova Ermənistan-Azərbaycan münasibətindən danışdı

Tarix: 20 Noyabr 2025 19:02

Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında mövqeyi açıq və ardıcıldır.

Sonxeber.net xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Rusiyanın səylərinin regionda dayanıqlı sülhə nail olunmasına və regionun çiçəklənməsinə istiqamətləndiyini vurğulayıb.

Zaxarova Rusiya Prezidenti Vladimir Putinin səyləri nəticəsində 2020 və 2023-cü ildə Qarabağda qan tökülməsini dayandırmağa nail olunduğunu qeyd edib.

"Aydındır ki, üçtərəfli razılaşmalar öz aktuallığını itirməyib. Əksinə, bu razılaşmalar Bakı ilə İrəvan arasında sülh prosesinin yol xəritəsini təşkil edir. Öz tərəfimizdən əvvəlki tək Cənubi Qafqaz ölkələri və onların qonşularının marağında olan qarşılıqlı sərfəli həllə nail olmağa yardım etməyə hazırıq", - Rusiya XİN sözçüsü fikrini yekunlaşdırıb.


Etiketlər:  Zaxarova Ermənistan Azərbaycan münasibətindən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ