Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2025 18:20
Gənc müğənnilərdən biri "Maqazin Plus" verilişində xalq artisti Əli Mirəliyevlə bağlı qalmaqallı açıqlama verib.
Sonxeber.net xəbər verir ki, sənətə yeni gəldiyini və Mirəliyevdən dərs almaq üçün müraciət etdiyini bildirən ifaçı gözləmədiyi davranışla qarşılaşdığını deyib.
Onun sözlərinə görə, məşhur müğənninin yanına qapalı geyimdə getməsi narazılıqla qarşılanıb:
"Dedi ki, dərsə gələndə belə qapalı geyinmə. Açıq-saçıq, daha sərbəst olmalısan. Sən müğənni olmaq istəyirsənsə, görünüşün də səhnəyə uyğun olmalıdır", - deyə ifaçı bildirib.
İfaçının açıqlaması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Bir çox istifadəçi bu ifadələri tənqid edərək sənət aləmində etik davranışın vacibliyini vurğulayıb.
Əli Mirəliyev isə səsləndirilən ittihamlarla razılaşmadığını deyərək, özünü haqsızlıqla günahlandırıldığını bildirib.
Səslənən iddiaya sosial mediada geniş reaksiyalar davam edir.
Musa