Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2025 16:30
Müğənni D4vd - əsl adı David Anthony Burke olan 20 yaşlı musiqiçi sentyabr ayında onun adına qeydiyyatdan keçmiş avtomobildə tapılan 15 yaşlı yeniyetmə qızın bədəni ilə bağlı araşdırmada şübhəli kimi qiymətləndirilir.
Sonxeber.net xəbər verir ki, 15 yaşlı Celeste Rivas Hernandez-ın qalıqları 8 sentyabr 2025-ci il tarixində Los Ancelesdə müğənninin adına olan maşının baqaj hissəsində tapılmışdı. Polisin ilkin versiyasına görə, bədən "çürümüş vəziyyətdə", plastik torbada və avtomobilin frunkunda aşkar edilmişdir.
Mənbələr iddia edirlər ki, bədən parçalanması və atılması əməliyyatlarında bir neçə şəxsin iştirakı ola bilər.
Hələlik ölümünün səbəbi və üsulu müəyyən edilməyib. İstintaq "ölüm işi" (death investigation) kimi aparılır və rəsmi hələ cinayət işi kimi təsnif edilməyib.
Hazırda D4vd rəsmi olaraq cinayət işi üzrə nə ittiham edilmiş, nə də həbs olunmuşdur. Lakin istintaqçılar onu şübhəli şəxs hesab edirlər.