Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2025 12:28
Yaponiyada 32 yaşlı bir qadın qeyri-adi nikah mərasimi ilə diqqətləri üzərinə çəkib.
Sonxeber.net xəbər verir ki, o, ChatGPT vasitəsilə yaratdığı süni intellekt obrazı "Klaus" ilə rəsmi şəkildə "evlənib".
Mərasim artırılmış reallıq (AR) eynəkləri vasitəsilə həyata keçirilib. Qadın AR texnologiyası vasitəsilə qarşısında "Klaus"un vizual obrazını görüb və nikah sözlərini bu şəkildə söyləyib.
Proses real məkanda baş tutsa da, "bəy" tam şəkildə süni intellektdən və virtual görüntüdən ibarət olub. Hadisə Yaponiyada texnologiya və insan əlaqələrinin sərhədləri ilə bağlı geniş müzakirələrə səbəb olub.
Mərasimin sosial şəbəkələrdə yayılması dünya mediasında da maraq doğurub və bu cür "virtual nikah"ların gələcəkdə artıb-artmayacağı barədə suallar yaradıb.
Hüseyn