Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2025 15:44
"WhatsApp" tətbiqetmədə yer alan "Məlumat" bölməsinin yenilənmiş versiyasını təqdim edib.
Sonxeber.net xəbər verir ki, yenilənmiş interfeysə malik funksiya artıq şəxsi söhbətlərin və istifadəçi profilinin yuxarısında əks olunacaq.
Həmin bölmə qısa mesajlar və emojiləri paylaşmağa imkan verir. İstifadəçilər həmsöhbətlərinin "Məlumat" bölməsində paylaşdıqlarına müvafiq bildirişə toxunaraq birbaşa söhbət vasitəsilə cavab verə biləcəklər.
Funksiyanın tətbiqinə bu həftə mobil cihazlarda başlanılacaq. Paylaşılan status 24 saat ərzində aktiv olacaq.