Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur müğənni aylar sonra üzə çıxdı: Qayıqda yaşayır, bazarda qarpız satır... - FOTO

Məşhur müğənni aylar sonra üzə çıxdı: Qayıqda yaşayır, bazarda qarpız satır... - FOTO

Tarix: 21 Noyabr 2025 17:55

Məşhur türkiyəli müğənni Koray Avcı səs-küylü İstanbul səhnəsindən uzaqlaşaraq Göcekdə daha sakit həyat seçib.

Sonxeber.net Türkiyə mediasına istinadla xəbər verir ki, qayıqda yaşayan Avcı yay aylarında Fethiyədə bazarda qarpız satdığını açıqlayaraq pərəstişkarlarını təəccübləndirib:

"Fethiyədə cümə bazarında yerim var, ürəyim istəyəndə qarpız satıram. Bunu İstanbulda harda etmək olardı ki?"

Avcı İstanbula ara-sıra səfər etdiyini və dənizdəki həyatın da çətinliklərlə üzləşdiyini qeyd edib. Müğənni uzun məsafələrə səyahət təcrübəsi qazanmaq üçün tez-tez qayığın sükanını əlinə aldığını, dənizə olan həvəsinin həyatında mühüm rol oynadığını açıqlayıb.


Etiketlər:  Məşhur müğənni aylar sonra üzə çıxdı Qayıqda yaşayır bazarda qarpız satır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ