Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

1000 manatdan az maaş alanlar vergi verməyəcəklər?

1000 manatdan az maaş alanlar vergi verməyəcəklər?

Tarix: 21 Noyabr 2025 19:54

"Azərbaycanda 1000 manatdan az maaş alanlar vergidən azad edilsin".

Sonxeber.net xəbər verir ki, bu təkliflə Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib.

O, bildirib ki, əhalinin sosial durumu həm də təhlükəsizlik məsələsidir:

"Bu gün ərzaqlar kəskin bahalaşır. Keyfiyyətli ət, yağ kasıb əhali üçün əlçatmaz olub. İnsanlar dolana bilməyəndə oğurluğa və digər cinayət yollarına əl atırlar. Növbəti ildən də vergi güzəştləri ləğv olunur. Təklif edirəm ki, 1000 manat əməkhaqqı alanlar üçün bütün növ vergilər ləğv olunsun. Çünki sosial durum getdikcə daha da ağırlaşır".


Etiketlər:  1000 manatdan maaş alanlar vergi verməyəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ