Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2025 19:30
Bir müddət əvvəl evində yıxılaraq xəstəxanaya yerləşdirilən Ajda Pekkanın bacısı, tanınmış müğənni Semiramis Pekkan haqqında üzücü xəbər yayılıb.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumata görə, sənətçinin sol ağciyərində bədxassəli şiş tapılıb. Xəbəri təsdiqləyən Semiramis Pekkan hazırda müalicə olunduğunu bildirib.
O, müalicə prosesinin təsiri nəticəsində saçlarının töküldüyünü və buna görə parikdən istifadə etməyə başladığını qeyd edib.
Sənətçinin səhhəti ilə bağlı xəbərlər sosial mediada geniş müzakirə olunur.
Musa