Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın hakim köməyinə ehtiyacı yoxdur'' - Saşa İliç

''Qarabağ''ın hakim köməyinə ehtiyacı yoxdur'' - Saşa İliç

Tarix: 21 Noyabr 2025 23:20

"Sumqayıt" Misli Premyer Liqasının 12-ci turunda doğma meydanda "Qarabağ"a 2:4 hesabı ilə məğlub olub.

Sonxeber.net xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Azarkeşlərə təşəkkür etmək istəyirəm. Bu gün stadion dolu idi və möhtəşəm atmosfer var idi. Məncə, bu gün baxımlı oyun oldu. "Qarabağ"a "Napoli" ilə matçda uğurlar arzu edirəm. İlk 10 dəqiqə oyunumuz çox da yaxşı alınmadı, amma qoldan sonra toparlandıq. İkinci hissəyə yaxşı başlamışdıq. Təbii ki, qırmızı vərəqədən sonra "Qarabağ"a qarşı mübarizə aparmaq elə də asan olmadı.

- Rayan Senhadjinin qovulması, sonradan penaltini qola çevirə bilməməyiniz nəticəyə təsir etdimi?

- Qırmızı vərəqənin düzgün olduğunu düşünmürəm. Lakin, hakim artıq qərarını verib və heç nə dəyişməyəcək. "Qarabağ"ın hakim köməyinə ehtiyacı yoxdur. Yankoviç oyunda olsa idi, penaltini o yerinə yetirəcəkdi. O, oyunda olmadığı üçün Ramalinqom zərbəni yerinə yetirdi. 

- Kapitan Səbuhi Abdullazadə penaltini yerinə yetirmək istəyirdi, amma Ramalinqom buna icazə vermədi. Bu haqda düşüncələriniz?

- Ramalinqomu başa düşürəm. Hücumçudur və qollar vurmaq istəyir. Səhv mənimdir. Gərək bunları əvvəlcədən müəyyənləşdirək. 

- "Qarabağ"ı cari mövsümdə məğlub edən yeganə komandasınız.Bu gün də xal ala bilərdiniz...

- "Qarabağ" Azərbaycanın ən güclü klubudur. Müəyyən şanlarımız var idi. Etdiyimiz səhvlər buna imkan vermədi. Xüsusi bir şey yoxdur. 

- Hakimlərin idarəçiliyi haqqda düşüncələriniz?

- Hakimlikdən danışmağı sevmirəm. Lakin, mən olsaydım ikinci sarı vərəqəni verməzdim. O epizoddan sonra oyun tamam dəyişdi. Azlıqda olsaq da, qol vurduq. Komandamdan razıyam. 

- İlk dövrədəki qələbəyə baxmayaraq "Sumqayıt" bu gün "Qarabağ"a qarşı daha yaxşı oynadı. Bu fikirlər razısnızmı?

- Nəticə olaraq ilk dövrədəki matç daha yaxşı oldu. Azarkeşlər üçün isə, bu gün daha baxımlı futbol var idi. "Qarabağ"ın bundan sonrakı oyunlarda 2 qol buraxacağına inanmıram. (sportal.az)


Etiketlər:  Qarabağın hakim köməyinə ehtiyacı yoxdur Saşa İliç


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ