Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qurban Qurbanov “Bu Şəhərdə”nin həmin səhnəciyindən danışdı

Qurban Qurbanov “Bu Şəhərdə”nin həmin səhnəciyindən danışdı

Tarix: 21 Noyabr 2025 22:12

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Bu Şəhərdə"nin "Ev Dar" adlı konsertində onunla bağlı hazırlanan səhnəciyə münasibət bildirib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu haqda mətbuat konfransında jurnalistin sualını cavablandırarkən danışıb.

"Kiminsə işinə qarışmaq istəmirəm. Belə şeylərə çox baxmıram. Onlara uğurlar arzu edirəm", - deyə Qurban Qurbanov bildirib.

Xatırladaq ki, "Bu Şəhərdə" kollektivinin 15 noyabrda Heydər Əliyev Sarayında təqdim etdiyi "Ev Dar" konsertində Qurban Qurbanovla bağlı səhnəcik sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Tamaşaçıların bir qismi epizodu satira kimi dəyərləndirsə də, digərləri məşqçi obrazının bu formada təqdim olunmasını məqsədəuyğun hesab etməyib.


Etiketlər:  Qurban Qurbanov Şəhərdənin həmin səhnəciyindən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ