Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gündə neçə banan yemək olar? - Faydaları

Gündə neçə banan yemək olar? - Faydaları

Tarix: 23 Noyabr 2025 06:09

Sağlam qidalanma mövzusu yenidən gündəmə gəlib.

Sonxeber.net xəbər verir ki, dietoloqlar gündə nə qədər yemək qəbul edilməli olduğu və düzgün porsiya seçiminin insan orqanizminə hansı faydalar verdiyi barədə maraqlı açıqlamalar yayıb.

Mütəxəssislərin sözlərinə görə, gündə 3 əsas (səhər, nahar, axşam) və 1-2 ara ara yeməyi kimi ən ideal qidalanma modelidir. Bununla yanaşı porsiyaların ölçüsü və qəbul edilən qidanın tərkibi həlledici rol oynayır.

Neçə dəfə yemək daha doğrudur?

• Gündə 3 dəfə müntəzəm yemək maddələr mübadiləsini sabit saxlayır.
• Ara öğünlər qan şəkərinin düşməsinin qarşısını alır və gün ərzində enerjini qoruyur.
• Uzun müddət ac qalmaq isə bədənin "enerji yığma" prosesini aktivləşdirir və çəki artımına səbəb ola bilər.

Düzgün porsiya nə deməkdir?

Dietoloqlar bildirir ki, bir porsiya:

Ovuca yerləşən miqdarda ət və ya balıq,

Bir kasa qədər tərəvəz,

Kiçik boşqab dolusu düyü, qarabaşaq, makaron və ya digər karbohidratlar hesab olunur.

Həddindən artıq yemək sindromu və mədə problemlərinin qarşısını almaq üçün porsiyaya nəzarət vacibdir.

Düzgün qidalanmanın FAYDALARI

• Çəkinin normada saxlanması
• Qan şəkərinin tənzimlənməsi
• Ürək-damar xəstəlikləri riskinin azalması
• Enerji səviyyəsinin yüksəlməsi
• Həzm sisteminin yaxşılaşması
• Gündəlik fəaliyyətlərdə daha yüksək diqqət və məhsuldarlıq

Mütəxəssislər qeyd edir ki, təkcə yeməyin miqdarı deyil, sağlam tərkibli qidaların seçilməsi də vacibdir. Tərəvəz, meyvə, tam taxıllar və proteinlə zəngin məhsullar gündəlik rasionda üstünlük təşkil etməlidir.

Qidalanma ekspertləri xəbərdarlıq edir: hər kəsin bədən quruluşu və metabolizması fərqli olduğundan, xüsusi sağlamlıq problemi olan şəxslər porsiya və menyunu mütləq həkimlə dəqiqləşdirməlidir.

Hüseyn


Etiketlər:  Gündə neçə banan yemək olar Faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ