Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2025 17:44
UEFA Çempionlar Liqasının 5-ci turunda keçiriəcək "Napoli" - "Qarabağ" matçının hakimləri müəyyənləşib.
Sonxeber.net UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı məşhur polşalı hakim Şimon Marçinyak idarə edəcək.
Ona Tomaş Listkieviç və Adam Kupsik kömək edəcək. 4-cü hakim isə niderlandlı Pol van Boekel olacaq. Daha bir məşhur hakim İvan Bebek isə VAR hakimi funksiyasını yerinə yetirəcək.