Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2025 23:00
Mütəxəssislər soyuqdəymə və qrip mövsümündə itburnu çayının faydalı olduğunu bildirir.
Sonxeber.net xəbər verir ki, itburnu tərkibində yüksək miqdarda C vitamini, antioksidantlar və iltihab əleyhinə maddələr ehtiva edir.
Həkimlər deyir ki, gündə 1-2 fincan itburnu çayı içmək soyuqdəymə simptomlarını yüngülləşdirə və bədənin immun sistemini gücləndirə bilər. Çay həmçinin boğaz ağrısını azaltmağa, burun tıxanıqlığını aradan qaldırmağa və ümumi enerji səviyyəsini yüksəltməyə kömək edir.
Soyuqdəymə zamanı itburnu çayını bal ilə qarışdırmaq, həm dadını artırır, həm də əlavə fayda verir. Mütəxəssislər təbii üsullarla xəstəliklərdən qorunmaq istəyənlər üçün itburnu çayını qış mövsümündə gündəlik qida rasionuna daxil etməyi tövsiyə edir.