Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saxta hesablar ifşa olunacaq? - “X”dən yenilik

Saxta hesablar ifşa olunacaq? - “X”dən yenilik

Tarix: 23 Noyabr 2025 20:56

"X" sosial media platforması istifadəçilərin yerləşdiyi ölkəni göstərən yeni funksiyanı mərhələli şəkildə istifadəyə verib.

Sonxeber.net xəbər verir ki, şirkət bu yeniliyin saxta hesabları, xarici müdaxilələri və yanlış məlumat yayımını aşkar etməyə kömək edəcəyini açıqlayıb.

Hazırda funksiya yalnız məhdud sayda istifadəçi üçün aktivdir. Bəzi profillərdə "Twitter"ə qoşulma tarixi bölməsinə kliklədikdə hesab sahibinin ölkəsi görünür.

Yeniləmə ilə profildə hesabın yaradılma tarixi, təsdiqlənmə statusu, istifadəçi adının dəyişmə sayı və hesabın hansı ölkənin tətbiq mağazası vasitəsilə qeydiyyatdan keçdiyi kimi əlavə məlumatlar da əks olunur.


Etiketlər:  Saxta hesablar ifşa olunacaq Xdən yenilik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ