Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2020 12:36
Xaricdəki anti-milli şəbəkə daim ermənilərlə birgə, sinxron şəkildə Azərbaycan dövlətinin və xalqının üzərinə hücuma keçirlər. Bu ermənilərin məqsədli şəkildə həyata keçirdiyi siyasətin tərkib hissəsidir.
Bunu Sonxeber.net-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.
O bildirib ki, Ermənistanın işğalçılıq siyasətinin əleyhinə olan soydaşlarımızın aksiyalarını xuliqanlıq, quldurluq, vətənşüvənlik kimi qələmə verənlər azərbaycanlıların vətənpərvərlik aksiyasını ləkələməklə, onun mahiyyətini təhrif etməklə ermənilərin mövqeyinə xidmət edirlər:
"Bu adamlar ki var, Sevinc Osmanqızı, Əli Kərimli, Qənimət Zayidov, Orduxan Teymurxan, Arif Məmmədov, Vidadi İsgəndərli, Tural Sadıqlı və digər bu kimiləri ermənilərin diasporası ilə açıq və ya dolayısı yolla əməkdaşlıq edirlər. Onlara il ərzində kifayət qədər maliyyə ayrılır və bu pulların müqabilində sifariş yerinə yetirirlər. Xüsusən, dövlət və milli maraqlarımızın zəiflədilməsi, gözdən salınması, beynəlxalq imicimizin korlanması və digər amillərlə bağlı. Təsəvvür edin, sevinclərin, qənimətlərin və əli kərimlilərin çıxışlarını erməni lobbisi bir sıra nüfuzlu təşkilatlara təqdim edirlər ki, baxın, bunları Azərbaycan vətəndaşları deyirlər və biz ermənilər necə Azərbaycanın tərkibində yaşaya bilərik?! Bu və ya digər məsələrlə bağlı adını çəkdiyim şəxslərdən istifadə edirlər. Tovuzda iki günlük savaş zamanı bizə həm də bu adamların vasitəsi ilə ermənilər hücum edirdilər. Hər cür imkanlardan yararlanırdılar. Hətta bu şəxslər ermənilərin eyni tezisləri əsasında bəyanatlar verməyə və çıxışlar etməyə başlayırlar. Onlar xaricdə azərbaycanlıların Ermənistanın işğalçılıq siyasətinin əleyhinə olan aksiyalarını xuliqanlıq, quldurluq, vətənşüvənlik kimi qələmə verirlər.
Bu şəxslər azərbaycanlıların vətənpərvərlik aksiyasını ləkələməyə, onun mahiyyətini təhrif etməyə çalışır, bununla da ermənilərin mövqeyinə xidmət göstərirlər. Ermənilərin soydaşlarımıza qarşı törətdikləri vandalizm hərəkətinə haqq qazandırlar və ermənilərin cinayətkar əməllərinə bəraət qazandırmağa cəhd edilər. Kim bunu edərdi? Ancaq satılmış vətən xainləri. İnsan nə qədər şərəfini itirər ki, bu cür çıxışlar etsin. Sevinc deyir ki, ermənilərin soydaşlarımızı döyməsini Azərbaycan tərəfi təşkil edir. Bu bəyanatdan sonra söz bitir. Və bu qadının öz atasını cavan yaşında erməni vəhşiləri qətlə yetirib. Ancaq bu, erməni vəhşilərinin törətdiklərini unudur. Ermənilərlə müqavilə imzalayır, əməkdaşlıq edir. ABŞ-da yaşayan güclü erməni diasporası ilə yaxından əməkdaşlıq edir".
Sədr müavini qeyd edib ki, hər kəs bilir ki, bütün bunları onlar sifariş əsasında həyata keçirdirlər:
"Qeyd etdiyim kimi, maddi maraqların səbəbidən. Azərbaycan xalqı bilməlidir ki, bu xainlər - Sevinc Osmanqızı, Orduxan Teymurxan, Qənimət Zahidov, Tural Sadıqlı və digərləri erməni vəhşilərindən daha qorxulu və təhlükəli düşmənlərdir. Xaricdə ələ alınmış bu satqınların, xainlərin kimliyi hər kəsə bəlli olmaqdadır. Zaman-zaman özlərini açıq şəkildə ifşa edirlər. İndiki vaxtda, sadəcə, insan dəhşətə gəlir, bunu necə demək olar?! Sevinclər, orduxanlar, qənimətlər, turallar açıq şəkildə baş vermiş hadisəni Azərbaycan dövlətinin üzərinə yönəldirlər.
Xəyanət başqa necə olur ki?! Təbii ki, hər kəs bilir ki, bütün bunları onlar sifariş əsasında həyata keçirdirlər. Birbaşa erməni lobbiçilərinin və diasporasının tapşırıqlarını yerinə yetirirlər. Onlara erməni lobbiçilərinin açıq və ya dolayısı ilə göstərdiyi maliyyə dəstəyi hər kəsə bəllidir. Ancaq insan nə qədər şərəfini və ya ləyaqətini itirə bilər ki, indiki situasiyada öz xalqına və dövlətinə qarşı bu cür iyrənc şər-böhtan atasan?! Bu şəxslərin satqınlığı və xəyanəti ilə bağlı sosial şəbəkədə status paylaşmışdim. Yazdığım statusa bir gün ərzində yüzdən artıq şəxs rəy yazıb və onların necə satqın və ünsür olduqlarını qeyd edirlər. Və bu davam etməkdədir. Hər kəs mənim facebook profilimə daxil olub, görə bilər. Çox hiddətlə qarşılanır onların xəyanəti. Bu gün dünyada yaşayan bir erməni görmədik ki, hətta indiki Paşinyan rejiminə ən radikal müxalifətdə olan erməni Sevinc Osmanqızı, Orduxan, Qənimət Zahidov, Tural Sadıqlı və digərləri kimi çıxıb Ermənistanı ittiham etsin və baş verənləri ermənilərin günahı üçbatından olduğunu bildirsin, bəyan etsin.
Bu adamlar ermənidən də artıq ermənidilər. Bunlar üçün maddi maraqlar bütün mənəvi dəyərləri aşıbdır. İnsan atasını cavan yaşında qətlə yetirən erməniləri necə müdafiə edə bilər?! Bu adamlar hər fürsətdə dövlət maraqlarımıza və milli maraqlarımızın əleyhinə gedirlər. Ancaq bu gün çox sevindiricidir ki, ictimai qınaq çox yüksək səviyyədədir. Onların hansı məqsədlə fəaliyyət göstərdiyini görürlər və öz etirazlarını yazırlar. Biz siyasətçilər də onların şantajlarından, həddə qorxularından və digər amillərdən çəkinməməliyik və açıq şəkildə mövqeyimizi ortaya qoymalıyıq. Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimov hər fürsətdəcə məni ölümlə hədələyir, təhdid edir. Və hakimiyyətə gəldiyi təqdirdə diri-diri yandıracağını yazır. Ancaq bu cür hədə-qorxudan çəkinməməliyik. Necə ki, biz bunu hər zaman ortaya qoyuruq. Siyasətçinin ən böyük missiyası öz vətəninə, dövlətinə, xalqına vicdanla qulluq etməkdir. Və baş vermiş hadisəyə ortaya çəkinmədən mövqe qoymaqdır. Bu cür hədələr məni öz tutduğum siyasi yoldan çəkindirə bilməz. Necə ki, 20 ildir bu yolla gedirəm".
Təhməz Təkin