Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2020 14:30
"Arsenal" "Atletiko"nun futbolçusu Tomas Parteyi transfer etməkdə israrlıdır.
Qol.az "The Guardian"a istinadən xəbər verir ki, London klubu qanalı yarımmüdafiəçi üçün ikinci təklif göndərib. Ancaq bu təklifi də Madrid təmsilçisi rədd edib. Bildirilib ki, "Atletiko" 27 yaşlı oyunçunu 50 milyon avrodan aşağı qiymətə satmağı planlaşdırmır.
Qeyd edək ki, T.Partey La Liqada 2019/2020 mövsümündə 35 oyunda 3 qol vurub.