Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2020 22:36
Lissabon Molekulyar Tibb İnstitutu pandemiya dövründə dünyanın ən çox ehtiyac duyulan məhsuluna çevrilən qoruyucu tibbi maska ilə bağlı yeniliyə imza atıb.
Sonxeber.net med.az-a istinadən bildirir ki, institut koronavirusu neytrallaşdıran maska hazırlayıb. Bu maskanın hazırlanmasında bir necə qatlı sukeçirməz xüsusi hazırlanmış parça növündən istifadə edilib. Bundan başqa maskalar 50 dəfə yuyulmaya qədər də öz effektivliyini saxlaya bilir.
Aparılan sınaqlar da məhsulun effektivliyini sübut edib. "Maskanın innovativ səhti var. Bu səhtdə parça ilə kontaktda olan SARS-CoV-2 virusu neytrallaşır".
Xatırladaq ki, Portuqaliya pandemiyaya 1700 -dən artıq qurban verib. Yoluxanların sayı isə onminlərlədir.