Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il daha 250 ailə üçün bağ təsərrüfatları salınacaq (FOTO)

Bu il daha 250 ailə üçün bağ təsərrüfatları salınacaq (FOTO)

Tarix: 29 Iyul 2020 14:15

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial Bağlar” layihəsi çərçivəsində bu il daha 250 aztəminatlı ailə üçün intensiv bağ təsərrüfatları salınacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, özünüməşğulluq proqramına dəstək məqsədilə icra olunan layihə bağçılıq üçün əlverişli şəraiti olan 16 rayonu (Astara, Balakən, İsmayıllı, Lənkəran, Oğuz, Qəbələ, Quba, Qusar, Şabran, Şamaxı, Şəki, Şəmkir, Siyəzən, Xaçmaz, Yevlax, Zaqatala) əhatə edir.

Həmin rayonlarda mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub digər məşğulluğu olmayan şəxslər qeydiyyatdan keçmək üçün müvafiq ərazi məşğulluq mərkəzinə müraciət edə bilərlər. Layihəyə cəlb edilən namizədlərin qiymətləndirilməsi zamanı onların aztəminatlılıq meyarlarına uyğunluğu və topağın bağçılıq üçün yararlı olması əsas götürüləcək.

Daxil olan müraciətlər əsasında 250 aztəminatlı ailə seçilərək ilk növbədə onlara məxsus torpaq sahələrində monitorinqlər aparılacaq. Ehtiyaclar müəyyən edildikdən sonra həmin sahələrdə intensiv bağ təsərrüfatları salınacaq.

Son müraciət tarixi 1 sentyabrdır.

Bu il daha 250 ailə üçün bağ təsərrüfatları salınacaq (FOTO) - Gallery Image Bu il daha 250 ailə üçün bağ təsərrüfatları salınacaq (FOTO) - Gallery Image Bu il daha 250 ailə üçün bağ təsərrüfatları salınacaq (FOTO) - Gallery Image Bu il daha 250 ailə üçün bağ təsərrüfatları salınacaq (FOTO) - Gallery Image


Etiketlər:  daha ailə üçün bağ təsərrüfatları salınacaq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ