Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2019 18:45
Bakı. Mətanət Nəsibova - Trend:
Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə səlahiyyətli nümayəndəsi Mixael Zibert mayda Azərbaycana səfər edəcək.
Trend-in məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab mətbuat konfransında deyib.
Səfir bildirib ki, onun və Almaniya parlamentindən nümayəndə heyətinin səfəri mayın 7-ə nəzərdə tutulub:
“Mixael Zibert Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələrdə iştirak edəcək”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin