Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sabah'' ''Sumqayıt''ı uddu

''Sabah'' ''Sumqayıt''ı uddu

Tarix: 31 Iyul 2020 12:14

Yeni mövsümə Qəbələdə hazırlaşan "Sabah" və "Sumqayıt" bu gün yoxlama oyununda üz-üzə gəliblər.

Qol.az xəbər verir ki, dünən güclü leysana görə ilk hissənin sonunda yarımçıq dayandırılan qarşılaşma bu gün ikinci hissədən davam etdirilib.

"Sabah" yeni transferi Slavik Alxasovun 81-ci dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Sabah" Qəbələdəki ilk yoxlama matçında "Qarabağ"a 2:1 hesabı ilə qalib gəlib. Ölkəmizi ilk dəfə avroliqada təmsil edəcək "Sumqayıt" isə bundan əvvəlki görüşdə "Neftçi"yə uduzub - 0:3.

 


Etiketlər:  Sabah Sumqayıtı uddu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ