Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yuventus'' uduzdu, ''İnter'' və ''Milan''dan qələbə

''Yuventus'' uduzdu, ''İnter'' və ''Milan''dan qələbə

Tarix: 2 Avqust 2020 01:08

 İtaliya A Seriyasında  sonuncu – 38-ci tura start verilib.
 
Qol.az xəbər verir ki, ilk oyun günündə 5 matç keçirilib.

Çempion “Yuventus” son tur doğma meydanda “Roma”nı qəbul edib və 1:3 hesabı ilə uduzub. "İnter" səfərdə "Atalanta"nı məğlub edib - 2:0. “Milan” isə “Kalyari”yə qalib gəlib - 3:0.
 
1 avqust
 
"Breşiya" – "Sampdoriya" - 1:1
Qollar:
Torreqrosa, 49-pen – Leris, 41
 
"Milan" – "Kalyari" - 3:0
Qollar:
Klavan, 11-avtoqol, İbrahimoviç, 55, Kastilyexo, 57
 
"Atalanta" – "İnter" - 0:2
Qollar:
D`Ambrosio, 1. Yanq, 20
 
"Yuventus" – "Roma" - 1:3
Qollar:
İquain, 5 – Kaliniç, 23, Perotti, 44-pen, 52
 
"Napoli" – "Latsio" - 3:1
Qollar:
Ruis, 9, İnsinye, 54, Politano, 90+3 – İmmobile, 22

Beləliklə, son nəticələrə əsasən, çempionatı "İnter"in 2-ci (82 xal), "Atalanta"nın 3-cü (78), "Latsio"nun 4-cü (78), "Roma"nın 5-ci (70), "Milan"ın 6-cı (66), "Napoli"nin 7-ci  (62) pillədə başa vuracağı dəqiqləşib. Bu isə o deməkdir ki, növbəti mövsüm "Yuventus", "İnter", "Atalanta", "Latsio" İtaliyanı Çempionlar Liqasında təmsil edəcək.

Bundan başqa, bu mövsüm ÇL-də mübarizə davam etdirən "Napoli" və Avroliqada iştirak edən "Roma" turnirlərin qalibi olacaqları təqdirdə, növbəti mövsüm ÇL-də oynayacaqlar. Sözügedən komandalar buna nail olmasalar, gələn mövsüm "Milan"la birgə Avroliqada çıxış edəcəklər.

 


Etiketlər:  Yuventus uduzdu İnter Milandan qələbə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ