Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il Azərbaycana dünyanın 180 ölkəsindən 1 milyondan çox turist gəlib - RƏSMİ

Bu il Azərbaycana dünyanın 180 ölkəsindən 1 milyondan çox turist gəlib -  RƏSMİ

Tarix: 21 Iyun 2019 17:06

Bakı. İlhamə İsabalayeva - Trend:

Yanvar-may aylarında Azərbaycana dünyanın 180 ölkəsindən 1094,8 min və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Trend-in məlumatına görə, gələnlərin 28,5 faizi Rusiya Federasiyası, 26,0 faizi Gürcüstan, 10,9 faizi Türkiyə, 7,7 faizi İran, 3,0 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Ukrayna və Hindistan, hər birindən 1,6 faiz olmaqla Böyük Britaniya və Türkmənistan, hər birindən 1,2 faiz olmaqla Pakistan və İraq, 14,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 69,1 faizini kişilər, 30,9 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar-may aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (1,9 dəfə), Misir (1,8 dəfə), Çin (1,8 dəfə), Hindistan (1,7 dəfə), Səudiyyə Ərəbistanı (1,7 dəfə), Böyük Britaniya (42,3 faiz), Cənubi Koreya (31,4 faiz), Yaponiya (30,1 faiz), Almaniya (28,0 faiz), Kanada (27,7 faiz), Polşa (23,4 faiz) və Gürcüstan (22,7 faiz) vətəndaşları arasında qeydə alınıb.

2019-cu ilin yanvar-may aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,8 faiz artaraq 54,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 3,6 faiz artaraq 380,8 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 60,4 faizi dəmir yolu və avtomobil, 38,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

2019-cu ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5 faiz artaraq 2065,9 min nəfər olub. Ölkə vətəndaşlarının 39,5 faizi İrana, 27,0 faizi Gürcüstana, 18,3 faizi Rusiya Federasiyasına, 9,8 faizi Türkiyəyə, 5,4 faizi isə digər ölkələrə gedib. Gedənlərin 66,4 faizi kişilər, 33,6 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 73,6 faiz, Gürcüstana gedənlərin sayı 10,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 5,6 faiz, Türkiyəyə gedənlərin sayı isə 0,1 faiz artıb.

Cari ilin yanvar-may aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 83,8 faizi dəmir yolu və avtomobil, 15,4 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycana dünyanın ölkəsindən milyondan çox turist gəlib RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ