Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2020 18:50
Məişət tullantıların daşınması ilə əlaqədar Bakı şəhərində islahatlar aparılır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgün Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, hazırda Bakıda yeni pilot lahiyə başlanılıb: "Hazırda İngiltərənin böyük şirkətlərinin biri ilə bu proses aparılır. Pilot layihə olaraq bu işlərin aparılması Nərimanov rayonunda baş tutur. Sözügedən rayonda yeni konteynerlər yerləşdirilib və bunlar adi konteyner deyil. Hər birində tullantıların çeşidlənməsi funksiyası var. Nərimanov rayonundakı layihə yekunlaşdıqdan sonra işlər Bakının digər rayonlardında da aparılacaq".