Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bələdiyyə sədrləri və market direktoru cərimələndi (FOTO)

Bələdiyyə sədrləri və market direktoru cərimələndi (FOTO)

Tarix: 4 Avqust 2020 13:06

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 31-də Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində keçirilmiş növbəti belə tədbirlər zamanı Novxanı bağlar massivində və kəndi ərazisində, həmçinin Novxanı bağlar massivində yerləşən “Araz” supermarketin ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə qeyd olunan marketin direktoru E.Əhmədov, Novxanı bələdiyyəsinin sədri Ş.Tağıyev və Sumqayıt bələdiyyəsinin sədri S.Əsədov barəsində protokollar tərtib edilmişdir.

E.Əhmədov 8.000, Ş.Tağıyev və S.Əsədov isə hər biri 3.000 manat məbləğində cərimələnmişlər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bələdiyyə sədrləri və market direktoru cərimələndi (FOTO) - Gallery Image Bələdiyyə sədrləri və market direktoru cərimələndi (FOTO) - Gallery Image Bələdiyyə sədrləri və market direktoru cərimələndi (FOTO) - Gallery Image Bələdiyyə sədrləri və market direktoru cərimələndi (FOTO) - Gallery Image Bələdiyyə sədrləri və market direktoru cərimələndi (FOTO) - Gallery Image Bələdiyyə sədrləri və market direktoru cərimələndi (FOTO) - Gallery Image Bələdiyyə sədrləri və market direktoru cərimələndi (FOTO) - Gallery Image


Etiketlər:  Bələdiyyə sədrləri market direktoru cərimələndi FOTO


RƏYLƏR