Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2020 01:06
Mart ayından koronavirus pandemiyasına görə dayandırılan avrokuboklar bərpa olunub.
Qol.az xəbər verir ki, bu gün Avropa Liqasında 4 görüş keçirilib.
İstanbulda "Kopenhagen"ə minimal hesabla qalib gələn son Türkiyə çempionu "Başakşəhər" bu dəfə rəqibi ilə Danimarkada qarşılaşıb. 0:3 hesabı ilə uduzan İstanbul təmsilçisi turnirdə mübarizəni dayandırıb.
Donetsk "Şaxtyor"u isə səfərdə məğlub etdiyi (2:1) "Volfsburq"u evdə də qalib gələrək (3:0) növbəti mərhələyə yüksəlib. "Mançester Yunayted" öz meydanında Avstriya LASK-ı ilə qarşılaşıb. Səfərdəki görüşdə 5 cavabsız qolla qalib gələn "qırmızı şeytanlar" bu dəfə rəqibini 2:1 üstələyərək növbəti mərhələyə çıxıb.
"İnter" (İtaliya) - "Xetafe" (İspaniya) cütlüyünün isə ilk oyunu da təxirə salındığından komandalar arasında görüş neytral meydanda olub. Qalib Almaniyanın Helzenkirhen şəhərində 1 görüşlə müəyyənləşib. İtaliya təmsilçisi 2:0 hesablı qələbə ilə 1/4 finala yüksəlib.
5 avqust
Avropa Liqası
1/8 final mərhələsi, cavab oyunları
20:55. "Kopenhagen" (Danimarka) - "Başakşəhər" (Türkiyə) - 3:0
Qollar: Yonas Vinn, 4, 53-pen, Rasmus Falk, 62
İlk oyun - 0:1
20:55. "Şaxtyor" (Ukrayna) - "Volfsburq" (Almaniya) - 3:0
Qollar:Moraes, 89, 90+3, Solomon, 90+1
Qırmızı vərəqələr: Davit ("Şaxtyor"), Brooks ("Volfsburq")
İlk oyun - 2:1
23:00. "Mançester Yunayted" (İngiltərə) - LASK (Avstriya) - 2:1
Qollar: Vesinger, 55 (0:1), Linqard, 57 (1:1), Marsial, 88 (2:1)
İlk oyun - 5:0
23:00. "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) - 2:0
Qollar: Lukaku, 33, Eriksen, 83
İlk oyun keçirilməyib
Qeyd edək ki, bu mərhələnin daha 4 oyunu bu gün keçiriləcək. Çempionlar Liqasında 1/8 finalın cavab matçları isə avqustun 7 və 8-də oynanılacaq.