Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnzibati Xətalar Məcəlləsində dəyişiklik təsdiq edildi

İnzibati Xətalar Məcəlləsində dəyişiklik təsdiq edildi

Tarix: 5 Avqust 2020 16:34

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik müzakirəyə çıxarılıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, dəyişikliyə əsasən, Məcəllənin 540.5-ci maddəsinin dispozisiyasında "4.6-4.8-ci" sözləri "4.7-ci və 4.8-ci" sözləri ilə əvəz edilir və həmin maddədən "və yerli özünüidarəetmə" sözləri çıxarılır.

Qeyd edək ki, Məcəllənin 540.5-ci maddəsinə əsasən, "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 4.6-4.8-ci maddələrinin tələblərinin dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən pozulmasına görə - vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq I oxunuşda qəbul edilib.


Etiketlər:  İnzibati Xətalar Məcəlləsində dəyişiklik təsdiq edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ