Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2020 10:45
İnsanda artıq çəkinin yaranmasına yol açan içkilərin adları açıqlanıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, meyvə suları, kvas və qazlı içkilərdə çoxlu miqdarda qlükoza olduğu üçün bu içkilərin müntəzəm içilməsi mədəaltı vəzinin aşırı yüklənməsinə səbəb olur. Bu isə, öz növbəsində, kökəlməyə gətirib çıxarır.
Bundan başqa, bir çox insanın çay və qəhvənin böyük miqdarda şəkərlə içməsi orqnazmin ümumi vəziyyətinə mənfi təsir göstərir.
Mütəxəssislər bu cür halların qarşısının alınması məqsədilə suya təzə xiyar, nanə və ya limon əlavə etməyi və bədənin ümumi çəkisinin hər kiloqramına 30 millilitr həcmdə maye içməyi tövsiyə edir.