Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Atıcılarımızdan uğursuz start

Atıcılarımızdan uğursuz start

Tarix: 22 Iyun 2019 12:20

Güllə atıcılığı üzrə Azərbaycan millisinin üzvləri Nigar Nəsirova və Ruslan Lunyov “Minsk 2019” II Avropa Oyunlarında debüt ediblər.

Qol.az-ın məlumatına görə, onlar pnevmatik tapançadan 10 metr məsafəyə qarışıq komanda yarışında qüvvələrini sınayıblar. 27 cütlüyün mübarizə apardığı təsnifat mərhələsində Azərbaycan idmançıları 566 xalla 19-cu yeri tutublar.

Qeyd edək ki, ilk 8 yeri tutan komandalar növbəti raunda yüksəlib.

 


Etiketlər:  Atıcılarımızdan uğursuz start


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ