Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Roma" satıldı - Bu qiymətə

Tarix: 6 Avqust 2020 12:26

A seriyası təmsilçisi "Roma"nın sahibi dəyişib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, İtaliya təmsilçisinin yeni sahibi amerikalı iş adamı Den Fridkindir. Milyarder "Roma"nı həmyerlisi Ceyms Palottadan 591 milyon avroya alıb.

Qeyd edək ki, daha əvvəl Pallotta "Roma"nı Fridkinə 700 milyon satmaqdan imtina etmişdi. Koronavirus pandemiyası səbəbindən yaranan maliyyə böhranına görə klubun qiyməti aşağı düşüb.

Əlavə edək ki, "Roma" bu gün Avroliqanın 1/8 final mərhələsində "Sevilya" ilə qarşılaşacaq.

 


Etiketlər:  Roma satıldı Bu qiymətə


RƏYLƏR