Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2020 14:50
Neçə vaxtdır kənardan seyr edirəm və analiz aparmağa çalışıram. Məsələ toyların açılıb-açılmaması deyil. Maraqlı insanların toylardan pul qazananlara neqativ reaksiyasıdır. Musiqiçi, oxuyan, aparıcı var 50 manata, eləsi var 25 000 manata toya gedir. Cibinə uyğun seçim et və çağır.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Cavid Gül sosial şəbəkədə yazıb. O, sənət adamlarının tənqid olunmasından bəhs edib:
"Kiminsə məclisinə zorla girib oxuyan və ya idarə edən nə görmüşəm, nə eşitmişəm. İstəmirsən dəbdəbəli toy, get ASAN xidmətə bitsin. Niyə şou əhlini atəşə tuturlar, bahalığından şikayət edirlər? Yası da eləcə, istəsən dəbdəbəli yas et, istəsən basdır gəl evə. Bayaq bir nəfərin yazısın oxudum: deyir müğənni başqa iş tapsın. Deyək ki, müğənni tapdı: bəs fotoqraf, musiqiçi, süfrəbaşı, gəlinlik mağazaları, gözəllik salonları, orada çalışan ustalar? Yüz minlərlə insanın eyni anda iş tapması çox çətindir. Az-çox pulunu yığan xərcləyir. Pulu bitən isə danışır.
Yaxşı olardı bu barədə alimlər aranı daha da qızışdırmasın, şou əhli isə bir az səbr etsin. İnşallah, ölkəmizdə sabitlik olsun, insanlar sağlam qalsın bunu da ötürərik. Hamımıza çətindir, dünyada bu problem yaşanır".