Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

De Liqt ''Yuventus''da?

De Liqt ''Yuventus''da?

Tarix: 22 Iyun 2019 13:04

"Ayaks"ın futbolçusu Matteys De Liqt karyerasını "Yuventus"da davam etdirə bilər.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Turin klubu rəhbərliyi 19 yaşlı müdafiəçi üçün Hollandiya təmsilçisi ilə danışıqlara başlamağa hazırlaşır. "Yuventus"un De Liqt üçün 70 milyon avro təzminat ödəməyə hazır olduğu bildirilib. Holland oyunçu A seriyası klubunda oynamağa razılıq versə, ilinə 20 milyon avro qazancaq.

Qeyd edək ki, De Liqt "Barselona"nın təklifini rədd edib. Onunla PSJ-nin də maraqlandığı iddia olunur.

 


Etiketlər:  Liqt Yuventusda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ