Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mərhələni keçəcəyimizə ümid edirəm'' - Samir Abasov

''Mərhələni keçəcəyimizə ümid edirəm'' -  Samir Abasov

Tarix: 23 Aprel 2019 21:12

“İlk oyundan sonra fikir bildirmək çətindir. Oyun istənilən nəticəylə bitsə də, cavab qarşılaşması qalır".
 
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun yarımfinalının "Sumqayıt"la ilk oyunundan (0:0) sonra mətbuat konfransında deyib.

Sabiq komandası ilə matçı şərh edən çalışdırıcı qolsuz heç-heçənin onlar üçün yaxşı nəticə olduğunu bildirib: "Əsas odur uduzmadıq, əsas odur qol buraxmadıq. Ümid edirəm mərhələni keçəcəyik. Komandam bu gün səbrli futbol sərgilədi. Təəssüf ki, yaxşı oyunlarımızı yalnız qışdan sonra görürük. Uşaqlara təşəkkürümü bildirirəm”.
 


Etiketlər:  Mərhələni keçəcəyimizə ümid edirəm Samir Abasov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ