Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Premyer Liqada mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər - Qvardiola yoxdur

Premyer Liqada mövsümün ən yaxşı baş məşqçisi adına  namizədlər -  Qvardiola yoxdur

Tarix: 7 Avqust 2020 19:10

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər müəyyənləşib.
 
Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, namizədlər arasında "Liverpul"un çalışdırıcısı Yurgen Klopp, "Lester Siti"nin baş məşqçisi Brendan Rodgers, "Çelsi"nin çalışdırıcısı Frenk Lempard və "Şeffild Yunayted"in baş məşqçisi Kris Uaylder yer alıb.

Bildirilir ki, mövsümün ən yaxşı baş məşqçisi azarkeşlər və futbol mütəxəssislərinin səsverməsi nəticəsində seçiləcək. Premyer Liqanın saytında keçirilən səsvermə avqust ayının 10-dək davam edəcək.

Qeyd edək ki, son 2 mövsümdə Premyer Liqada  ən yaxşı baş məşqçi adını  "Mançester Yunayted"in baş məşqçisi Xosep Qvardiola qazanıb. Bu dəfə isə onun adı namizədlər sırasında yer almayıb.
 


Etiketlər:  Premyer Liqada mövsümün yaxşı baş məşqçisi adına namizədlər Qvardiola yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ