Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş Nazir Əli Əsədov 190 manatla bağlı qərar verdi

Baş Nazir Əli Əsədov 190 manatla bağlı qərar verdi

Tarix: 7 Avqust 2020 21:16

Baş Nazir Əli Əsədov Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Nazirlər Kabinetinin Qərarını imzalayıb.

Sonxeber.net bildirir ki, qərarda deyilir: "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası"na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin".


Etiketlər:  Baş Nazir Əli Əsədov manatla bağlı qərar verdi


RƏYLƏR