Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2020 21:30
Avqustun 21-də Azərbayacan futbol üzrə 2020/21 mövsümünün başlaması gözlənilir.
Qol.az-ın xəbərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü qərarında avqustun 10-dan etibarən ölkədə açıq havada idman yarışlarının keçirilməsinə icazə verilib. Bu o deməkdir ki, həmin tarixdən etibarən futbol da daxil olmaqla açıq havada istənilən idman yarışı keçirilə bilər. Amma böyük ehtimalla azarkeşlərin iştirakı olmadan.
Bundan başqa, bu qərar həm də o anlama gəlir ki, Azərbaycan klubları Avropa kuboklarında ev oyunlarını Bakı da daxil olmaqla ölkəmizin UEFA tələblərinə cavab verən istənilən stadionunda keçirə bilərlər.
Xatırladaq ki, bu mövsüm ölkəmizi avrokuboklarda "Qarabağ" (Çempionlar Liqası), "Neftçi", "Keşlə" və "Sumqayıt" (hər üçü Avropa Liqası) təmsil edəcək.