Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur güləşçi karyerasını başa vurdu

Məşhur güləşçi karyerasını başa vurdu

Tarix: 14 Dekabr 2025 12:58

Məşhur amerikalı güləşçi Con Sina peşəkar karyerasını başa vurub.

QOL.az xəbər verir ki, həm də tanınmış aktyor olan 48 yaşlı idmançı ötən gecə "World Wrestling Entertainment" (WWE) promouşenində son görüşünü keçirib.

O, ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən "WWE Saturday Night's Main Event XLII" turnirində Qunterə boğma fəndi ilə uduzub. Sina görüşdən sonra idman ayaqqabılarını çıxrarıb rinqin mərkəzinə qoyaraq karyerasını bitirdiyini elan edib.

Qeyd edək ki, C.Sina WWE-də 2002-ci ildə debüt edib. Karyerası ərzində WWE promouşenində 17 titul qazanmış güləşçi bu göstəricidə mütləq rekordçudur. O, həm də televiziya aparıcısıdır.


Etiketlər:  Məşhur güləşçi karyerasını başa vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ