Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2019 23:00
"Mançester Yunayted" mövsümlərarası fasilədə növbəti transferə hazırlaşır.
Qol.az-ın "Daily Mail" nəşrinə istinadən yaydığı xəbərə görə, mankunyanlar "Kristal Pelas"ın müdafiəçisi Aaron Uan-Bissakanı heyətinə qatmağa yaxındır. "Qırmızı şeytanlar"ın qarşıdakı həftədə keçidi açıqlayacağı iddia olunur. Mançester təmsilçisinin 21 yaşlı futbolçu üçün klubuna bonuslarla birlikdə təxminən 60 milyon funt-sterlinq ödəyəcəyi bildirilir.
Qeyd edək ki, "Mançester Yunayted" bundan əvvəl "Suonsi"dən Daniel Ceymsi heyətinə qatıb.