Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2020 12:08
Bakı. İlhamə İsabalayeva – Trend:
Biz daha çox COVİD-19-a yoluxmanın yüksək olduğu ölkələrin mütəxəssisləri ilə əlaqədə olmağa çalışırıq.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, yoluxmanın çox olduğu ölkələrin təcrübələri daha çox öyrənilir. Bu məsələ ilə bağlı postsovet ölkələrinin təcrübələrini öyrənmək üçün mütəxəssislərlə mütəmadi olaraq, onlayn görüşlər keçirilir.
Y.Qarayeva deyib ki, təcrübə mübadiləsi zamanı müalicə işinin təşkili, xəstəxanada işlərin təşkili məsələlərinə xüsusi diqqət ayrılır.