Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev Sinqapurun dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Sinqapurun dövlət başçısını təbrik edib

Tarix: 8 Avqust 2020 15:30

Prezident İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Həlimə Yaquba təbrik məktubu göndərib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Sinqapur xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan-Sinqapur münasibətlərinin bugünkü səviyyəsi və beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim rifah diləyirəm".


Etiketlər:  Prezident İlham Əliyev Sinqapurun dövlət başçısını təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ