Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2020 11:06
Belarusda seçkilərdən sonra Mərkəzi Seçki Komissiyası tərəfindən mətbuat konfransı keçirilib.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Belarusda prezident seçkilərini Azərbaycan nümayəndə heyətinin tərkibində izləyən Milli Məclisin deputatı Arzu Nağıyev söyləyib:
"Konfransda elan olundu ki, seçkilər tam şəffaf şəkildə keçib, 83 faiz seçici seçkilərdə iştirak edib, Aleksandr Lukaşenko 80,23 faizlə liderlik edib, Svetlana Tixanovskya isə 9.9 faizlik səslə ikincidir.
Seçki prosesi başa çatıb, Minsk şəhərində sakitçilikdir, şəhər dövlət nəzarətindədir".