Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2020 18:34
“Dörd komandamızdan üçü Azərbaycana gedir. Əgər rəqib seçmək imkanına malik olsaydıq, belə seçim etməzdik”.
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Şkupi”nin məşqçisi Muarem Bayrami deyib.
O, Şimali Makedoniya klubunun rəsmi saytına açıqlamasında püşkünü dəyərləndirərkən ehtiyatlı danışıb: “Bu, qismətimizdir. “Neftçi” evdə oynadığı üçün üstünlüyə malik ola bilər. Amma biz də öz şansımızı axtaracağıq. Əmin olun ki, burada heç bir tapmaca yoxdur. Oyunun keçiriləcəyi günə kifayət qədər vaxt var. Yaxşı hazırlaşmaq, rəqibi analiz etmək olar. “Reyncers” və “Pünik”lə son illərdəki oyunlarda uduzsaq da, yaxşı oynamağı bacardığımızı göstərdik. Mən yalnız gərgin mübarizə vəd edə bilərəm. Ümid edirəm ki, Makedoniya futbolunu Avropada layiqincə təmsil edəcəyik”.
Qeyd edək ki, “Neftçi” – “Şkupi” matçı avqustun 27-də keçiriləcək.