Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2025 19:48
III MDB Oyunları çərçivəsində cüdo üzrə qarışıq komanda yarışlarına yekun vurulub.
Sonxeber.net-ın məlumatına görə, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan döyüşlərdə yığmamız final qarşılaşmada Özbəkistan seçməsinə 7:4 hesabı ilə qalib gələrək fəxri kürsünün zirvəsinə qalxıblar.
Qeyd edək ki, cüdoçularımız yarımfinalda Tacikistan yığmasını 7:3 hesabı ilə məğlub ediblər.
Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.