Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aeroport şossesində qəza olub, yolda sıxlıq yaranıb

Aeroport şossesində qəza olub, yolda sıxlıq yaranıb

Tarix: 11 Avqust 2020 19:36

Aeroport şossesində (Hava limanı istiqamətində Ramana körpüsünü enən hissədə) yol-nəqliyyat hadisədi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, bu səbəbdən hazırda Aeroport şossesində Sabunçu körpüsünün yanından başlayaraq hava limanı istiqamətində hadisə baş verən yerədək sıxlıq yaranıb.

Məlumat üçün bildiririk ki, hazırda axşam pik saatı olduğundan bəzi küçə və prospektdə, o cümlədən Q.Qarayev, H.Əliyev və Z.Bünyadov prospektlərində K.Rəhimov, Y. Səfərov küçələrində sıxlıq müşahidə olunur. Sıxlıq səbəbindən bır sıra müntəzəm və ekspres marşrutlar üzrə avtobusların intervalında gecikmələr var.

Milli.Az


Etiketlər:  Aeroport şossesində qəza olub yolda sıxlıq yaranıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ