Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lerikdə 15 yaşlı qız müəllimdən hamilə qaldı, cinayətkara 1 il iş kəsildi

Lerikdə 15 yaşlı qız müəllimdən hamilə qaldı, cinayətkara 1 il iş kəsildi

Tarix: 11 Avqust 2020 19:38

Lerikdə 15 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edərək, onun hamilə qalmasına səbəb olan məktəb müəllimi, 60 yaşlı Məmmədov Şəfahətə 1 il həbs cəzası verilib.

Sonxeber.net xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat paylaşıb.

"15 yaşında düşüncəsi zəif olan uşağı məktəb müəllimi, 60 yaşlı Məmmədov Şəfahət münasibətə girərək hamilə qoyub. Müəllimə bu gün Lerik Rayon Məhkəməsində hakim Atabəy Kiçikbəyov tərəfindən cəmi 1 il iş kəsilib. Bu uşaq aylardır gözümüzün önündədir, hamilə olduğunu belə dərk etmir. Sual veririk, bu nə qərardır, bu nə ədalətsizlikdir?! Bəs, bu uşağın gələcəyi necə olacaq?! O, özü anlamır heç nəyi, bəs bizdəmi başa düşmürük ya bizim qız övladlarımız yoxdurmu?!

Tək sözlə bunu deyirik, sonu nə olur olsun, bu uşağı müdafiə edəcəyik və bu haqsız qərarla bağı bütün qurumları tək-tək məlumatlandırıb ciddi ölçü götürülməsini tələb edəcəyik!", - deyə M.Zeynalova statusunda qeyd edib.

Qeyd edək ki, Ş.Məmmədov rayonun Kirəvud kəndində rus dili müəllimi işləyib. Zərərçəkmiş isə həmin məktəbdə təhsil alıb.


Etiketlər:  Lerikdə yaşlı qız müəllimdən hamilə qaldı cinayətkara kəsildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ