Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2020 10:06
Azərbaycanda yaşı 15-dən çox olan əhalinin 15,2 faizi siqaret çəkir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, 2019-cu ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, Azərbaycanda 15-19 yaşlı əhalinin 0,2 faizi, 20-44 yaşlı əhalinin 13,6 faizi, 45-64 yaşlı əhalinin 21,5 faizi siqaret çəkir.
Siqaret çəkənlərin 13,2 faizinin yaşı 65-dən çoxdur. Əhalinin 5,3 faizi gündə 20 ədəddən çox siqaret çəkir.
Tədqiqata əsasən, ölkədəki kişilərin 31,8 faizi siqaret çəkir. Ümumilikdə ölkədə 15-19 yaşlı kişilərin 0,4 faizi, 20-44 yaşlı kişilərin 27 faizi siqaret çəkir.
Siqaret çəkənlərin böyük hissəsini 45-64 yaşlı kişilər təşkil edir. Onların 47,2 faizi siqaret çəkir. Siqaret çəkənlər arasında yaşı 65-dən çox olanların faizi isə 30,8 olub.
Ölkədəki qadınların bütün yaş qrupları üzrə siqaret çəkmə göstəricisi 0,0 faiz (məlumat çox kiçik rəqəmlə xarakterizə olunduqda o, 0,0 kimi qeyd edilir-İ.İ) qiymətləndirilib.